MTRŞ: Azərbaycanda radio proqramlarının FM yayımı hələlik lazımi səviyyədə deyil
Azərbaycanda radio proqramlarının FM yayımı hələlik lazımi səviyyədə deyil.
"Report" xəbər verir ki, bu, Milli Televiziya və Radio Şurasının 2019-ci il üzrə hesabatında öz əksini tapıb.
Bununla yanaşı, ölkə ərazisində xarici ölkələrin həm televiziya, həm də radio proqramları geniş şəkildə yayımlanması qeyd olunub. Belə ki, cənub bölgəsində İran İslam Respublikası, cənub-qərb bölgəsində isə həm İran İslam Respublikası, həm də ölkəmizin işğal olunmuş ərazilərindən yayımlanan televiziya və radio dalğalarının yaratdıqları sahə gərginlikləri yüksəkdir və sayca çoxdur. Bu isə interferensiyaların yaranmasına səbəb olur. Xüsusən cənub-qərb bölgəsində ölkəmizin bir necə FM proqramı yayımlandığı ərazilərdə xarici radio proqramlarının FM yayımı 10-a yaxın xarici stansiyadan aparılmaqdadır. Müşahidə olunmuşdur ki, eyni xarici radio proqramı bir neçə xarici stansiyadan yayımlanır. İran İslam Respublikası ərazisindən amplitud modulyasiyası ilə işləyən radiovericilərin də fəaliyyət göstərdiyi aşkar olunub.
Aparılan monitorinqlərin nəticələri ölkənin müxtəlif aidiyyatı təşkilatlarından olan mütəxəssislərlə birgə təhlil olunub, müvafiq hesabat və təkliflər hazırlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət