Dərc edildi: Baxış sayı: 192
MSK-ya barəsində məlumat təqdim edilməyən ianə üzrə bank əməliyyatı aparan partiyalar cərimələnəcək
Mərkəzi Seçki Komissiyasına (MSK) barəsində məlumat təqdim edilməyən ianə üzrə bank əməliyyatı aparan siyasi partiyalar cərimələnəcək.
"Ens.az" “Report”a istinadla xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir.
Dəyişikliklə "Siyasi partiyalar haqqında" qanunda müəyyən edilmiş qaydada Mərkəzi Seçki Komissiyasına barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və ya hər hansı digər əməliyyat aparılmasına görə vəzifəli şəxslər 2 000 manatdan 3 000 manatadək məbləğdə, hüquqi şəxslər 6 000 manatdan 8 000 manatadək məbləğdə cərimə olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət