Dərc edildi: Baxış sayı: 542
MSK sədri: Bütün dairə seçki komissiyaları hər bir vətəndaşın müraciətinə cavab verməlidir
Azərbaycanda bütün dairə seçki komissiyaları (DSK) parlament seçkilərində namizədliyini irəli sürmək istəyən hər bir vətəndaşın müraciətinə cavab verməlidir.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, parlament seçkilərində nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi prosesi yanvarın 10-u saat 18:00-a kimi davam edəcək. Həmin tarixə qədər müraciət edən hər bir vətəndaşın müraciətinə baxılmalıdır.
Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri fevralın 9-na təyin edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət