Dərc edildi: Baxış sayı: 535
:0
MSK sədri: “Bələdiyyə seçkilərinin yekun nəticələri qanunvericilikdə nəzərdə tutulan müddətdə açıqlanacaq”
“Seçki Məcəlləsinin tələbinə görə dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən 20 günə araşdırılıb başa çatdırılmalı və təsdiq edilməlidir”.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK sədri AzTV-yə müsahibəsində vurğulayıb ki, bələdiyyə seçkilərinin yekun nəticələri isə səsvermədən ən geci 25 gün müddətində ictimaiyyətə təqdim edilməlidir: “Bələdiyyə seçkilərinin yekun nəticələri qanunvericilikdə nəzərdə tutulan müddətdə açıqlanacaq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət