Slimfit
  1. AZƏRBAYCAN

MSK Fərəc Quliyevlə bağlı qərar verdi

MSK Fərəc Quliyevlə bağlı qərar verdi
Sakura

MSK Fərəc Quliyevlə bağlı qərar verdi

Bu gün MSK-nın iclasında 31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Mehman Hüseynovun həmin dairənin digər namizədi Fərəc Quliyevlə bağlı şikayətinə baxılıb.

Report-axəbər verir ki, məsələ barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

O bildirib ki, şikayət qanunvericiliyə uyğun olaraq MSK nəzdində fəaliyyət göstərən Ekspert Qrupu tərəfindən baxılıb və araşdırılıb.

MSK üzvü bildirib ki, M.Hüseynov şikayətində qeyd edib ki, F.Quliyev ona 15 min manat pul təklif edib: “Mehman Hüseynov müraciətində qeyd edib ki, F.Quliyevin namizədliyi ləğv edilsin”.

Araşdırma prosesində tərəflərlə əlaqə saxlanılıb və iclasda iştiraka dəvət olunub.

F.Quliyevin izahatı alınıb. O, izahatında qeyd edib ki, M. Hüseynovla aralarında görüş 45 dəqiqə çəkib:

"Fərəc Quliyev bildirib ki, Mehman Hüseynova pul təklif etməyib və səs yazısı montaj edilib".

Qeydə alınmış namizəd Quliyev Fərəc İbrahim oğluna xəbərdarlıq edilməsi məsələsi müzakirəyə çıxarılıb və ona xəbərdarlıq edilməsi barədə qərar qəbul olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR