Dərc edildi: Baxış sayı: 405
MSK “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədlərini bu tarixədək qəbul edəcək
Mərkəzi Seçki Komissiyası (MSK) səsvermə gününə ən azı 20 gün qalanadək “exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədləri qəbul edəcək.
Ens.az Report.az-a istinadən xəbər verir ki,bu, Mərkəzi Seçki Komissiyasınınn Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında öz əksini tapıb.
Növbədənkənar parlament seçkiləri ilə əlaqədar müraciət müddət avqustun 12-dək davam edəcək. Səsvermə gününə ən azı 10 gün qalanadək “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərar qəbul ediləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət