Dərc edildi: Baxış sayı: 540
MSK daha iki məntəqə ilə bağlı qərarını açıqladı
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 31 saylı Suraxanı İkinci Seçki Dairəsi üzrə namizəd Mehman Hüseynovun şikayətinə baxılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
MSK həmin dairənin 13 və 26 saylı seçki məntəqələrinin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul edib.
Qeyd edək ki, Suraxanı İkinci Seçki Dairəsinin lider namizədi Etibar Əliyevdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət