Slimfit
  1. AZƏRBAYCAN

Mövsümi meyvələr nə zaman ucuzlaşacaq?

Mövsümi meyvələr nə zaman ucuzlaşacaq?
Sakura

Mövsümi meyvələr nə zaman ucuzlaşacaq?

Payız gələndə havaların soyuması insanlarda bir sıra xəstəliklərə səbəb olur. Havanın temperaturunda baş verən ani dəyişikliklər orqanizmin immunitetini zəiflədir. İmmuniteti qaldırmaq üçün ən yaxşı vasitə isə bol meyvə ilə qidalanmaqdır. Nar, heyva, armud, mandarin bu mövsümdə ən çox istifadə olunan meyvələrdəndir. 

Növündən, ölçüsündən asılı olaraq, qiymətlərdə fərqlilik müşahidə olunur. Ümumilikdə isə qiymətlər elə də ucuz deyil. Satıcılar bunun səbəbini meyvələrin bazarlara yeni çıxarılması ilə əlaqələndirir.

Nar, əsasən, Göyçay, Kürdəmir və Sabirabaddan gətirilir. Üzümün qiyməti 2.50 - 3 manat, əzgil 6-7, feyxoa 3-4 manat arasında  dəyişir. Bu meyvələrlə yanaşı, alıcılar arasında yaş qoza da tələbat var.

Satıcıların sözlərinə görə, mövsümi meyvələrin qiyməti bir həftə sonra enəcək.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR