Dərc edildi: Baxış sayı: 586
Mövlud Çavuşoğlu Lavrovla müzakirə apardı
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı keçirib.
Ens.az Modern.az-a istinadən xəbər verir ki,nazirlər dünyada koronavirus xəstəliyinin tədricən azalması fonunda iki ölkənin müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətini müzakirə ediblər.
İki ölkənin xarici işlər nazirləri Yaxın Şərqdəki cari hadisələr barədə fikir mübadiləsi aparıblar, Liviya məsələsinin tənzimlənməsini müzakirə ediblər və beynəlxalq vasitəçilərin iştirakı, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi ilə tərəflər arasında birbaşa danışıqlar yolunan ən qısa müddətdə Fələstin-İsrail problemlərinin aradan qaldırılmasından danışıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət