Slimfit
  1. SİYASƏT

Mövlud Çavuşoğlu Azərbaycan XİN başçısını Türkiyəyə səfərə dəvət edib

Mövlud Çavuşoğlu Azərbaycan XİN başçısını Türkiyəyə səfərə dəvət edib
Sakura

Mövlud Çavuşoğlu Azərbaycan XİN başçısını Türkiyəyə səfərə dəvət edib

Bu gün Xarici İşlər naziri Ceyhun Bayramov ilə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral arasında görüş keçirilib.

Ens.az xəbər verir ki,XİN-dən "Report"a verilən nəlumata görə, Türkiyə səfirini salamlayan Ceyhun Bayramov xarici ölkə səfirlərindən ilk olaraq məhz Türkiyə səfiri ilə görüşün təsadüfi xarakter daşımadığını, bunun iki ölkə arasında dostluq, qardaşlıq və strateji əməkdaşlıq münasibətlərinin təzahürü olduğunu diqqətə çatdırıb.

Ölkələrimiz arasında dövlət başçıları səviyyəsindən başlayaraq bütün digər sahələrdə və müxtəlif formatlarda mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərinin olduğunu vurğulayan C.Bayramov bu əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

Türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon söhbətinə istinad edən nazir gələcəkdə iki ölkə arasında birgə mühüm layihə və təşəbbüslərin davam etdiriləcəyinə inamını ifadə edib.

Səfir Erkan Özaral, öz növbəsində, işbirliyinin bundan sonra daha geniş şəkildə davam etdirilməsi üçün imkanların olduğunu, eyni zamanda bu xüsusda hər iki tərəfin iradəsinin olduğunu qeyd edib. Azərbaycanı öz vətəni olaraq gördüyünü bildirən səfir Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun azərbaycanlı həmkarını Türkiyəyə dəvət etdiyini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.

Nazir, öz növbəsində, bu dəvəti məmnunluqla qəbul etdiyini və mümkün olan yaxın zamanda bu səfəri reallaşdıracağını vəd edib.

E.Özoral 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təxribat və bunun nəticəsində Azərbaycan ordusunun həlak olan hərbi qulluqçuların ailələrinə başsağlığı bildirib və Azərbaycanın kədərinin Türkiyənin də kədəri olduğunu vurğulayıb. Azərbaycanın haqlı mövqeyini müdafiə etmək və bu mübarizədə Azərbaycanın yanında olmaq üçün Türkiyədən çoxsaylı müraciətlərin daxil olduğunu bildirən səfir bunun iki dövlət bir millət olduğumuzun növbəti göstəricisi olduğunu ifadə edib.

C.Bayramov 12 iyuldan etibarən gərgin bir dövrün yaşanıldığını qeyd edərək, növbəti dəfə etməni təxribatının şahidi olduğumuzu və hadisələri təhlil edərkən bu hücum cəhdinin əvvəlcədən düşünülmüş bir təxribat olduğunun aydın şəkildə göründüyünü qeyd edib. Çoxsaylı dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın mövqeyinin dəstəkləndiyini qeyd edən Ceyhun Bayramov, Türkiyənin dövlət başçısı, Xarici İşlər Naziri və Müdafiə Naziri tərəfindən verilən bəyanatların qardaş xalqın ağır məqamlarda göstərdiyi dəstəyin bariz nümunəsi olduğunu qeyd edib.

Azərbaycanın müxtəlif beynəlxalq platformalarda Ermənistanın son hərbi təxribatı ilə bağlı məlumatlandırma işlərinin davamlı şəkildə aparıldığı səfirin diqqətinə çatdırılıb.

Görüş zamanı nazir həmçinin son zamanlar diplomatik nümayəndəliklərimizə və Ermənistan tərəfindən törədilmiş təxribata etiraz edən dinc azərbaycanlı nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən vandalizm və aqressiya hərəkətlərinə yol verildiyini qeyd edib və bu xüsusda qəbul edən ölkələrin Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliklərin binalarının və diplomatların təhlükəsizliyinin təmin edilməsinə görə məsuliyyət daşıdığını xatırladıb. Radikal ermənin daşnaklarının son zamanlar fəallaşdığını bildirən nazir onlar tərəfindən diplomatik nümayəndəliklərimizə qarşı yeni təxribatların olacağını istisna etməyib.

Görüş zamanı E.Özoral cari ilin 28 iyul tarixində video konfrans formatında Antalya Diplomatiya Forumunun keçiriləcəyini qeyd edib və sözügedən tədbirə dəvət məktubunu C.Bayramova təqdim edib. Nazir tədbirə məmnuniyyətlə qatılacağını bildirib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR