Dərc edildi: Baxış sayı: 392
İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Juze Mourinyu yenidən gündəmə düşməyi bacarıb
İngiltərənin “Mançester Yunayted” klubunun baş məşqçisi Juze Mourinyu yenidən gündəmə düşməyi bacarıb.
Oxu.Az xəbər verir ki, o, bu dəfə özünəməxsus sevinci ilə gündəmə gəlib.
Belə ki, UEFA Çempionlar Liqasının “Old Traford”da keçirilən “Mançester Yunayted” – “Yanq Boyz” (İsveçrə) görüşündə 90 dəqiqə qol vurulmayıb. Yalnız görüşə əlavə olunmuş birinci dəqiqədə belçikalı Maruan Felaininin vurduğu qol “qırmızı şeytanlar”a qələbə qazandırıb.
Portuqaliyalı məşqçi isə bu qolu çılğın şəkildə qeyd edib. O, futbolçuların içməsi üçün nəzərdə tutulmuş su qablarına təpik vurub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət