Mourinyo 'Tottenhem'in məşqlərinə velosipedlə gəlib
İngiltərənin "Tottenhem" futbol komandasının baş məşqçisi Joze Mourinyo koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər şəraitində məşq prosesinin çətinliklərindən danışıb.
Ens.az Report.az-a istinadən xəbər verir ki,portuqaliyalı mütəxəssis "Sky Sports"a açıqlamasında səhər saat 9:00-dan 17:00-dək məşq etdikləri dövrlərinin olduğunu bildirib. Mourinyonun sözlərinə görə, futbolçulara yalnız fərdi məşq icazəsinin verilməsi səbəbindən bir neçə fərqli müddət ayırmalı olublar: "Kimisi saat 10:00-da, kimiləri isə növbəti saatların tamamında məşqlərə gəlirdi. Açığı, köməkçi-məşqçilər hansısa anda çox yorğun idilər".
Mourinyo məşqə velosipedlə getdiyini də açıqlayıb: "Siz həmin fotonu görmüsünüz. Meydan uzaq məsafədədir və velosipedsiz bütün məşqləri izləyə bilməzdim".
Qeyd edək ki, "Tottenhem" Premyer Liqada 29 turdan sonra 41 xalla 8-ci pillədə qərarlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət