Slimfit
  1. TEXNOLOGİYA

“Motorola” şirkəti yeni smartfonlar seriyası təqdim edib

“Motorola” şirkəti yeni smartfonlar seriyası təqdim edib
Sakura

“Motorola” şirkəti yeni smartfonlar seriyası təqdim edib

Çinin “Lenovo” istehsalçısının tərkibinə daxil olan “Motorola” şirkəti “Moto G7” smartfonlar seriyasını təqdim edib. Seriyaya dörd model daxildir: əsas “G7” tutumlu batareyaya malik “G7 Power”, ən ucuz “G7 Play” və böyük ekranlı və qoşa kameralı “G7 Plus”.

ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, qiyməti 150-300 avro qiymətləndirilən qurğular “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyir və kameralı ekran və “USB-C” portu ilə təchiz edilib.

Ən bahalı (300 avro) “G7 Plus” modeli 6,2 düym diaqonallı (1080х2270 piksel) ekran, orta səviyyəli “Snapdragon 636” prosessoru (digərləri Snapdragon 632 çipinə malikdir), 4 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaş, 3 min milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub. Arxa tərəfdə qoşa kamera (16 + 5 meqapiksel) və optik təsvir sabitləşdiricisi, öndə isə 8 meqapikselli kamera quraşdırılıb.  

Qiyməti 50 avro ucuz olan standart “G7” modeli “Plus” versiyasından “Snapdragon 632” prosessoru, daha sadə qoşa kamera (12 + 5 meqapiksel) və 8 meqapikselli ön kamera ilə fərqlənir.

Qiyməti 210 avro təşkil edən “G7 Power” modeli eyni ekran (təsvir ölçüsü 720x1512 pikseldir) ölçüsünə, prosessor və ön kameraya malikdir, lakin kamera təkdir (12 meqapiksel), quraşdırılmış yaddaşın tutumu isə iki dəfə azdır (32 giqabayt). Buna baxmayaraq onun akkumulyator tutumu 5 milliamper/saata bərabərdir.

Seriyaya daxil olan ən ucuz “G7 Play” modelinin qiyməti 150 avrodur. Bu versiyanın ekranı 5,7 düym diaqonallıdır, arxada isə 13 meqapikselli tək kamera quraşdırılıb. Model 2 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaşa, eləcə də 3 min milliamper/saat tutumlu akkumulyatora malikdir.  

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR