Motorola P30 - Lenovonun ilk “telli” smartfonu
Ens.az xəbər verir ki, Motorola P30 rəsmi olaraq Çində təqdim edilib. Yenilik Lenovonun displeyin yuxarısında kəsiyi olan ilk cihazı oldu. Smartfonun ön və arxa tərəflərini dairəvi müdafiəli şüşə örtür, ortada isə metal çərçivə yerləşib. Şirkət bildirib ki, şüşə vakuumda yüksək temperaturda yüksək təmizlik dərəcəsinə malik polisilikon materialından istehsal olunur, arxa paneli isə 30-dan çox mərhələdə hazırlayırlar.
Motorola P30-un ölçüləri 170 qram çəkidə 155,5x75,95x7,69 mm təşkil edir. Seçim üçün üç rəng var: ağ, qara və qradient effektli mavi-bənövşəyi. Smartfonun daxilində Snapdragon 636 prosessoru, 6QB əməli yaddaş, 64 və ya 128QB yaddaş və 18Vt sürətli doldurma dəstəyi ilə 3000 mA/s həcmli akkumulyator quraşdırılıb. Motorola vəd edir ki, qadcet 15 dəqiqə dolduqdan sonra 8 saat işləyəcək.
Motorola P30 2246x1080 nöqtəli ölçüdə və 19:9 tərəf nisbətli 6,2 düymlü IPS displey əldə edib. Smartpədin daha bir neçə üstünlüyü - SIM və microSD üçün hibrid slot, arxa qapaqda barmaq izi skaneri, üz tanıma funksiyası, 3,5mm audiocek, USB Type-C portu və əvvəlcədən quraşdırılmış ZUI 4.0 interfeysli Android 8.1 Oreo.
Smartfon 16 meqapikselli modullu (f/1,8) və əlavəli (f/2,2) vertikal ikili kamera ilə təchiz olunmuşdur. Kameranın proqramı HDR, manual rejim, bulanıq fonla panorama və portretlərin çəkilişini dəstəkləyir. Ön hissədə AI-funksiyalı və geniş bucaqlı obyektivə malik 12 meqapikselli (f/2,0) kamera yerləşir.
64QB tutumlu Motorola P30 303 dollar olaraq dəyərləndirilib, 128QB tutumlu isə 361 dollar. Birinci parlaq ağ və qara rənglərdə, güclü modeli isə parlaq ağ və mavi qradient rəngdə əldə etmək olar.
Mənbə: 4pda.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət