Slimfit
  1. MARAQLI

Mossadın 55 il sonra açılan əməlləri - İlginc iddia

Mossadın 55 il sonra açılan əməlləri - İlginc iddia
Sakura

Mossadın 55 il sonra açılan əməlləri - İlginc iddia

Alman iş adamı Heinz Kurqun Mossad tərəfindən qaçırılıb öldürülməsi 55 ildən sonra ortaya çıxıb.

Teleqraf.com-un xəbərinə görə, bu barədə israilli yazar Ronen Bergmanın “Kölgə Svaşları-İsrail və Mossadın Ölüm Kamandaları” kitabında yazıb.

Yeni yazılan bu kitabda Mossadın son 70 ildə üç min nəfər öldürdüyü iddia edilir.

1962-ci ildə Almaniyada yoxa çıxan biznesmen Heinz Kruqun Mossad tərəfindən qaçırılıb öldürülüyü 55 ildən sonra bəlli olub. Kitabda biznesmenin Mossad tərəfindən oğurlanmasından ətraflı bəhs olunur.

“Kruqun o dövrdə Misirin istehsal etdiyi uzun mənzilli raketləri dəmir parçalarla təmin edən bir şirkəti. Ona görə də o, qaçırılıb. ”Oded” kod isimli Mossad agenti Kruqu Misirdən gələn təklifləri müzakirə etmək bəhanəsi ilə Münxendə bir evə dəvət edib. Kruq burada onu gözləyən Mossadın xüsusi agentləri tərəfindən mini avtobusa əyləşdirilərək Fransanın Marsel şəhərinə aparılıb. Marseldə təyyarəyə otuzdurulan alman iş adamı İsrailə çatdırılıb. İsraildə aylarla sorğu-suala tutulan biznesmen sonra güllələnib. Daha sonra Kruqun cəsədi təyyarədən dənizə atılıb”,- bunu kitabın müəllifinə Mossad agenti deyib.

Ronen Bergman kitabında Mossadın son 70 ildə üç minə yaxın şəxsi öldürdüyünü iddia edib. Müəllif öldürülən bu şəxslərin bir hissəsinin günahsız olduğunu, yalnız zamanında səhv yerdə mövqe tutduğuna görə öldürüldüyünü bildirir. Müəllif ayrca Mossadın Yasin Ərəfatı öldürməyə cəhd göstərdiyini kitabda qeyd edib.

Kitabda yer alan digər bir iddiaya görə, 1970-ci illərdə alman təyyarəsi “Landshut”u qaçıran Vaddi Haddat Mossad agentləri tərəfindən diş məcununa qoyulan dərmanla öldürülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR