Slimfit
  1. MƏDƏNİYYƏT

Moskvanın mərkəzində "Azərbaycanın payız hədiyyələri" festivalı keçiriləcək

Moskvanın mərkəzində "Azərbaycanın payız hədiyyələri" festivalı keçiriləcək
Sakura

Moskvanın mərkəzində "Azərbaycanın payız hədiyyələri" festivalı keçiriləcək

 Oktyabrın 17-də Rusiya paytaxtı Moskvanın mərkəzindəki Tverskaya meydanında "Azərbaycanın payız hədiyyələri" festivalı başlayır.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Moskva sakinləri və Rusiya paytaxtının qonaqları beş gün ərzində - oktyabrın 21-dək Azərbaycanın zəngin tarixi, mədəniyyəti, mətbəxi və milli adət-ənənələri ilə tanış olmaq imkanı qazanacaqlar.

Festivalın qonaqları Azərbaycan təbiətinin müxtəlif hədiyyələrini - xurma, üzüm, nar, həmçinin qurudulmuş meyvə, qoz-fındıq, şirələr, mürəbbə, süd məhsulları, ədviyyatlar ala biləcəklər. Onlar milli şirniyyatlardan dadacaqlar və xüsusi açılmış "Çay evi"ndə əsl şərq çay məclisindən zövq alacaqlar.

Bundan əlavə, Moskvanın ən yaxşı restoranlardan Azərbaycan mətbəxinin ənənəvi təamları - narşab sousu ilə müxtəlif kabab növləri, dolma, qutab və daha çox şey təqdim olunacaq.

Festival qonaqlarına həmçinin geniş suvenir, milli bəzək, toxuculuq məhsulları seçimi təqdim olunacaq. Eyni zamanda, mədəni proqram da nəzərdə tutulub. Belə ki, Dövlət İnstrumental Ansamblının və peşəkar rəqqaslar qrupunun, Ənvər Sadıqovun "Qaytağı" qrupunun çıxışları olacaq və nəhayət, Şəhriyar İmanovun rəhbərliyi ilə konsert keçiriləcək.

Festivalın balaca qonaqları üçün nağıllar teatrı təşkil olunacaq və burada azyaşlılara ənənəvi uşaq tamaşalar göstəriləcək və tamaşalarda iştirak etmək təklif olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR