Dərc edildi: Baxış sayı: 605
Moskvadan İrəvana jest: 2026-ya qədər uzadıla bilər...
Moskva Metsamor AES-in təmiri üçün İrəvana verdiyi kreditin müddətini uzadacaq.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın İnfrastruktur və Ərazi İdarəetmə naziri Suren Papikyan deyib. O, bu barədə Rusiya tərəfi ilə razılaşmanın artıq əldə olunduğunu bildirib.
Papikyan kreditin ödənilməsinə 2021-ci ildən başlanacağını bildirib.
Qeyd edək ki, AES-də təmirin 2020-ci ildə bitəcəyi planlaşdırılsa da, sonradan onun vaxtı 1 il uzadılmışdı.
Metsamor AES 1976-cı ildə istifadəyə verilib. Ermənistan Rusiyanın kreditiylə AES-in istismarını 2026-cı ilə qədər uzatmağı planlaşdırır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət