Dərc edildi: Baxış sayı: 872
Moskvada Qurban bayramı qeyd edilir
Moskva hökuməti Qurban bayramının qeyd edilməsi ilə əlaqədar paytaxtın bəzi mərkəzi küçələrinin bağlanması barədə məlumat yayıb.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Moskva Nəqliyyat Kompleksinin Məlumat mərkəzindən bəzi küçələrin yerli vaxtla saat 04:00-dan 11:00-dək bağlı olacağı bildirilib.
Bu gün Moskvada təntənəli dini mərasimlər 5 məsciddə, o cümlədən Mir prospektindəki Cümə məscidində keçirilir. Bayram namazı üçün ora yüz mindən çox adamın toplaşacağı gözlənilir.
Prezident Vladimir Putin bayram münasibətilə Rusiya müsəlmanlarını təbrik edib və Qurban bayramının sülh və ədalətə, xeyirxahlığa və əməlisalehliyə çağırdığını bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət