Dərc edildi: Baxış sayı: 240
Moskvada qoruyucu maska taxmaq tələbi yumşaldılır
Rusiya paytaxtının meri Sergey Sobyaninin sərəncamına əsasən, iyulun 13-dən etibarən Moskva küçələrində məcburi maska taxmaq rejimi ləğv olunacaq.
“İnterfaks” agentliyi xəbər verir ki, bu barədə məlumat Moskva şəhər meriyasının saytında yayımlanıb.
Qeyd edilir ki, ictimai nəqliyyatda, tibb müəssisələrində, mağazalarda və digər ictimai yerlərdə maskadan istifadə əvvəlki kimi vacibdir və sosial məsafəni qorumaq tələbi qüvvədə qalır.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət