Slimfit
  1. DÜNYA

Moskvada qəribə hadisə: 60 il sonra bəlli oldu ki, beyninin yarısı yox imiş

Moskvada qəribə hadisə: 60 il sonra bəlli oldu ki, beyninin yarısı yox imiş
Sakura

Moskvada qəribə hadisə: 60 il sonra bəlli oldu ki, beyninin yarısı yox imiş

Moskvada həkimlər maraqlı situasiya ilə qarşılaşıblar.

“Lenta.ru” xəbər verir ki, keçici işemik həmlə şikayəti ilə xəstəxanaya müraciət edən 60 yaşlı kişinin beyninin yarısı olmadığı aşkarlanıb.

Radioloqlar onu kompüter tomoqrafiya ilə müayinə edərkən məlum olub ki, xəstənin anadangəlmə beyninin sol kürəsi yox imiş.

 

Araşdırmalar nəticəsində bəlli olub ki, bu hal erkən hamiləlik zamanında yaranıb. Uşaq dünyaya beyninin bir yarımkürəsi olmadan gəlib. Buna baxmayaraq, o, məktəbi bitirib, hərbi xidmətdə olub, hətta ali təhsil alaraq uzun illər Moskvaətrafındakı zavodların birində mühəndis kimi fəaliyyət göstərib.

Həkimlər bildiriblər ki, xəstənin hərəkət aparatında, görməsində və psixikasında heç vaxt problem olmayıb. Onun bu yaşa qədər yaşaması möcüzə olaraq dəyərləndirilib.

Sözügedən kişi əlavə heç bir araşdırma və müalicəni qəbul etməyərək bildirib ki, bu vaxta qədər belə yaşayıb və heç bir şikayəti olmayıb: “Bundan sonra da özümə əlavə problem yaratmaq istəmirəm”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR