Slimfit
  1. MƏDƏNİYYƏT

Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert keçiriləcək

Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert keçiriləcək
Sakura

Moskvada Müslüm Maqomayevin xatirəsinə həsr edilən konsert keçiriləcək

Oktyabrın 25-də Moskvada “Zolotoye koltso” xalq musiqisi və mahnıları teatrında dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr edilən “Mavi əbədilik” konsert proqramı təqdim olunacaq.

AZƏRTAC teatrın saytına istinadla xəbər verir ki, konsertdə estrada artistləri, Rusiyanın “Qolos”, “Romantika romansa” televiziya layihələrinin iştirakçıları, Müslüm Maqomayev adına və “Romansiada” adlı beynəlxalq müsabiqələrin laureatları görkəmli müğənninin repertuarından əsərlər səsləndirəcəklər.

Konsert Aleksey İsaakovun “Bütün zamanlarda yaşayacaq adlar” layihəsi çərçivəsində reallaşacaq. Layihə çərçivəsində, həmçinin noyabr və dekabr aylarında Müslüm Maqomayevin xatirəsinə həsr olunan konsertlər keçiriləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR