Slimfit
  1. MƏDƏNİYYƏT

Moskvada musiqisini azərbaycanlı bəstəkarın bəstələdiyi Yaponiya operasının premyerası keçiriləcək

Moskvada musiqisini azərbaycanlı bəstəkarın bəstələdiyi Yaponiya operasının premyerası keçiriləcək
Sakura

Moskvada musiqisini azərbaycanlı bəstəkarın bəstələdiyi Yaponiya operasının premyerası keçiriləcək

Moskvadakı Musiqi Evində oktyabrın 30-da yaponiyalı müğənni Eyko Aokinin sifarişi ilə yazılan və musiqisini azərbaycanlı bəstəkar Fərhanq Hüseynovun bəstələdiyi "Kodayu" operasının premyerası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə əsərin hüquqi sahibi, AOKİ nəşriyyatının rəhbəri Yosihide Aoki məlumat verib.

Opera 1782-ci ildə hazırda Alyaskanın tərkibində ABŞ-a məxsus olan Amçitka adasına düşən, ardından 10 il yol gedərək və bütün Sibirdən keçərək Sankt-Peterburqa gələn, vətəninə qayıtmaq üçün II Yekatrinanın qəbuluna düşməyə nail olub, onun köməyi ilə vətəninə qayıdan yaponiyalı tacir Daykokuya Kodayunun həyatındakı real hadisələrə əsaslanır.

Qeyd olunur ki, operanın bəstəkarının axtarışları, təxminən, 6-10 il sürüb. Yekunda Azərbaycan bəstəkarı, "İpək Yolu" müsabiqəsinin qalibi Fərhanq Hüseynovun namizədliyi üzərində dayanılıb. O, musiqini üç ilə yazıb. Ariyalar üçün şeirlər əvvəlcə yapon dilində yazılıb, ardından Yaponiyada məşhur olan musiqiçi və müğənni Nikita Yamasita tərəfindən rus dilinə tərcümə edilib, musiqiyə uyğunlaşdırılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR