Dərc edildi: Baxış sayı: 527
Moskvada koronavirus qurbanlarının sayı 2 624 nəfərə çatıb
Rusiyanın paytaxtı Moskvada son sutka ərzində daha 71 nəfər koronavirusdan ölüb.
"Report" xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.
Qeyd edilir ki, xəstələrin hamısına pnevmaniya diqanozu qoyulub və onların koronavirus analizləri müsbət olub.
Bununla da paytaxtda pandemiya qurbanlarının sayı 2 624 nəfərə çatıb.
Rusiyada koronavirusa yoluxanların ümumi sayı 414 878 nəfərə çatıb. Ölkədə 175 mindən çox pasiyent sağalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət