Slimfit
  1. DÜNYA

Moskvada iyunun 26-sı qeyri-iş günü elan olundu

Moskvada iyunun 26-sı qeyri-iş günü elan olundu
Sakura

Moskvada iyunun 26-sı qeyri-iş günü elan olundu

Rusiyanın paytaxtı Moskvada iyunun 26-sı qeyri-iş günü elan edilib.

Ens.az Trend -ə istinadən xəbər verir ki,  bu barədə Moskva meri Sergey Sobyanin özünün rəsmi “Telegram” kanalında məlumat verib.

O, ölkədəki mürəkkəb vəziyyətlə əlaqədar iyunun 26-ı, yəni bazar ertəsi gününü qeyri-iş günü elan edib.

“Riskləri minimuma endirmək üçün operativ qərargah çərçivəsində dövlət orqanları və fasiləsiz iş müəssisələri, hərbi sənaye kompleksi, şəhər xidmətləri istisna olmaqla, bazar ertəsi gününü qeyri-iş günü elan etmək qərarına gəldim”, - mer vurğulayıb.

Sobyanin şəhər xidmətlərinin yüksək hazırlıq rejimində işləyəcəyini diqqətə çatdırıb və paytaxt əhalisini küçəyə çıxmaqdan çəkinməyə çağırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR