Dərc edildi: Baxış sayı: 701
Moskvada ermənilərlə azərbaycanlılar arasında qarşıdurma: 30 nəfər həbs edildi
Moskvada kütləvi dava iştirakçılarının 30-dan çoxu həbs edilib. Onların 5 il ərzində Rusiyaya girişi qadağan ediləcək.
Ens.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin saytında məlumat verilib. Saxlanılanlar "xırda xuliqanlıq" maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib. Onlara qarşı xuliqanlıq və soyğunçuluq şübhəsi ilə cinayət işi başlanılıb.
"RİA Novosti"nin hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadən verdiyi xəbərə görə, söhbət ermənilər və azərbaycanlılar arasındakı münaqişədən gedir. Rəsmi olaraq Moskva polisi rəsmi olaraq bu məlumatı şərh etmir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət