Dərc edildi: Baxış sayı: 498
Moskvada daha 56 nəfər koronavirusun qurbanı olub
Moskvada koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 56 nəfər dünyasını dəyişib.
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.
Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 1124-ə çatıb.
Qeyd edək ki, Rusiyada indiyədək 209 688 nəfərdə koronavirus aşkar olunub, son sutkada daha 11 012 nəfər bu virusa yoluxub. Ölənlərin sayı isə 1915 nəfərdir, indiyədək 34 306 nəfər də sağalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət