Slimfit
  1. DÜNYA

Moskvada bir gündə koronavirusdan 77 nəfər ölüb

Moskvada bir gündə koronavirusdan 77 nəfər ölüb
Sakura

Moskvada bir gündə koronavirusdan 77 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada koronavirusdan ölənlərin sayı 1 580 nəfərə çatıb.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı bildirib.

Qeyd edilir ki, son sutka ərzində paytaxtda COVID-19-dan daha 77 nəfər dünyasını dəyişib. Bir gün əvvəl Moskvada 71 nəfərin öldüyü bildirilirdi.  

Rusiyada koronavirusa ümumilikdə 281 752 yoluxma qeydə alınıb. Ölkədə virusa yoluxmuş 67 mindən çox pasiyent sağalıb. 

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR