Dərc edildi: Baxış sayı: 322
Moskvada baş verən terror aktı ilə bağlı iş üzrə daha iki nəfər ittiham olunub
Rusiyanın İstintaq Komitəsi “Crocus City Hall”a hücumun daha iki iştirakçısını terrorda ittiham edib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat verib.
Onların hər ikisi həbs-qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılıblar.
“Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi (mütəşəkkil bir qrup şəxs tərəfindən insan ölümü ilə nəticələnən terror aktı) ilə təqsirləndirilən Fayzov Məhəmmədsobir və Fəriduni Şəmsidin məhkəmə qarşısına çıxarılıblar.
Mənbə: TASS
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət