Slimfit
  1. İQTİSADİYYAT

Moskvada Azərbaycanın yeni turizm brendinin təqdimatı olub

Moskvada Azərbaycanın yeni turizm brendinin təqdimatı olub
Sakura

Moskvada Azərbaycanın yeni turizm brendinin təqdimatı olub

Rusiyanın paytaxtı Moskva şəhərində “Azərbaycan: istirahət və işgüzar turizm üzrə B2B formatlı seminar” keçirilib. 

"Report"un Rusiya bürosunun məlumatına görə, tədbir Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə baş tutub. 

Seminarda Azərbaycanın 20-dək turizm şirkəti iştirak edib. Tədbirdə Rusiya turizm agentlikləri və şirkətləri ilə B2B formatlı görüşlər keçirilib, razılaşmalar əldə olunub. 

Seminar çərçivəsində həmçinin Azərbaycanın yeni turizm brendinin təqdimatı olub.

Mərasimdə Azərbaycan Turizm Bürosunun (ATB) baş icraçı direktoru Florian Zenqstşmid çıxış edərək Azərbaycanın Rusiya turistləri üçün ən populyar istiqamətlərdən biri olduğunu bildirib: "Azərbaycanla Rusiyanın bir çox şəhərləri arasında birbaşa aviareyslərin açılması, dil məhdudiyyətinin olmaması, vizasız gəliş-gedişin mümkünlüyü iki ölkə arasında turizmin inkişafı üçün mühüm amillərdir. Bu baxımdan, 2018-ci ildə Rusiyadan Azərbaycana, təxminən, 900 min rusiyalı turist gəlib. Bu da 2017-ci illə müqayisədə 3 faiz çoxdur". O, Bakıda keçiriləcək “Formula 1” Azərbaycan Qran Prisinin və UEFA Avropa Liqasının final oyununun rusiyalı turistlər üçün maraqlı olacağını da vurğulayıb.

ATB-nin Rusiyadakı nümayəndəsi Kseniya Kiriçenko deyib ki, yaxın beş ildə Rusiyadan Azərbaycana turist axınının iki dəfə artırılması nəzərdə tutulub: "Bugünkü tədbiri keçirməkdə məqsədimiz rusiyalı turistlərə Azərbaycanın tarixi, müasir həyatı, mədəniyyəti, mətbəxi, turizm inkanları barədə məlumt verməkdir. Azərbaycanda 9 iqlim qurşağının olması turistlərə həm qarlı dağlarda xizək sürmək, həm də narın qumlu çimərliklərdə dincəlmək, maraqlı festivallarda, idman tədbirlərində iştirak etmək imanı verir. Mən hamıya bu ölkəni bir daha kəşf etməyi arzu edirəm”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR