Slimfit
  1. SİYASƏT

Moskva meri “Azərbaycan” pavilyonunun açılışından yazıb

Moskva meri “Azərbaycan” pavilyonunun açılışından yazıb
Sakura

Moskva meri “Azərbaycan” pavilyonunun açılışından yazıb

Rusiya paytaxtının meri Sergey Sobyanin özünün “Twitter” səhifəsində Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonun açılışından yazıb. 

AZƏRTAC xəbər verir ki, Moskva meri “Azərbaycan” pavilyonunun yenidən qurulması üçün böyük işlər görüldüyünü bildirib.  

Vurğulayıb ki, gənc moskvalılar pavilyonu heç zaman belə görməyiblər. 1939-cu ildə inşa edilmiş binanın gözəlliyi və milli üslubda dekoru ilə ziyarətçiləri heyran qoyduğunu yazan S.Sobyanin 1960-cı ildə pavilyonun fasadının örtüldüyünü və binanın görünüşünün tamamilə dəyişdiyini qeyd edir.  

“Lakin bərpa işləri başlananda, ustalar panellər altında qalmış pavilyonun gözəlliyinə heyran oldular”, - deyə mer bildirib. 

Moskva meri yazır ki, yenidənqurma işləri zamanı mozaika, tarixi fənərlər və plafonlar, tavanın naxışları, rəngli şüşələrdən ibarət unikal vitrajlar bərpa edilib. S.Sobyanin “Çoban” və “Azərbaycan qadını” heykəllərinin Azərbaycan Milli İncəsənət Muzeyində saxlanan tökmələr əsasında bərpa olunduğunu da qeyd edib. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR