Dərc edildi: Baxış sayı: 333
Moskva İrəvandan izahat istəyib
“Moskva Ermənistanın NATO ilə birgə təlimlərdə iştirakı ilə bağlı İrəvandan açıqlama istəyib”.
Ens.az Musavat.com-a istinadən xəbər verir ki, bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz erməni tərəfdaşlarımızdan NATO təlimlərində iştirakı ilə bağlı rəsmi açıqlamalar istədik. Cavab aldıqdan sonra reaksiyamız barədə qərar verəcəyik.
Təbii ki, İrəvanın öz ərazisində KTMT manevrləri keçirməkdən imtina etməsi təəssüf doğurur və regional təhlükəsizliyin artırılmasına töhfə vermir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət