Dərc edildi: Baxış sayı: 456
Moskva aeroportlarında 70-ə yaxın reys ləğv olunub və ya gecikib
Rusiyanın paytaxtı Moskva şəhərinin beynəlxalq aeroportlarında 68 reys ləğv olunub və ya gecikib.
“Report” xəbər verir ki, bunu "Yandeks.Raspisaniya" xidmətinin məlumatları göstərir.
Bakı vaxtı ilə 01.43-ə olan məlumata görə, Domodedovoda 8 reys ləğv olunub və 6-sı ləngiyib. Şeremetyevoda 42 reys gecikib, Vunukovoda 7 reys ləğv olunub və 5-i ləngimə ilə uçub.
Daha əvvəl şəhərdə güclü küləyin əsməyə başladığı məlumat verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət