Slimfit
  1. TEXNOLOGİYA

morooq - Speaking dərdinizin dərmanı

morooq - Speaking dərdinizin dərmanı
Sakura

“morooq” tətbiqi “IELTS” imtahanına hazırlaşan tələbələrin “speaking” test problemini həll etməyə yönəlmiş…

Haqqında

morooq vahid beynəlxalq imtahan platforması ideyası 2016-cı ilin iyun ayında Zeynal Zeynalovun, Toni Şeyin (Tony Hsieh) "Xoşbəxtlik Çatdırılması" (Delivering Happiness) kitabından ilhamlanaraq və Barattsonda rəsmi IELTS imtahan mərkəzinin təsis olunduğu ərəfədə yaranmışdır.

Layihə ilk olaraq IELTS Mock App adlandırılırdı və layihənin başlanmasına 10 oktyabr 2017-ci ildə start verildi. İlkin test prototipi Android əməliyyat sistemində (Java proqramlaşdırma dili), daha sonra isə işlək model iOS əməliyyat sistemində (Swift proqramlaşdırma dili) də təkmilləşdirilmişdir.

Layihəyə morooq adının verilməsi 30 oktyabr 2017-ci ildə komanda üzvləri arasında keçirilən səsvermə nəticəsində təsdiq edilir.

morooq.com (.az, .net, .org) domeni 4 noyabr 2017-ci ildə alınır və morooq.com veb səhifəsi 4 aprel 2018-ci ildə SSL sertifikatı ilə təmin olunur.

1-21 Mart 2018-ci il aralığı tətbiqin Beta versiyası sınaqdan keçirildi.

18 aprel 2018-ci ildə morooq mobil tətbiqi ilkin olaraq Azərbaycan üzrə Play Store və App Store mobil tətbiq bazarlarında tam funksional şəkildə istifadəyə verildi.

"morooq" - ünsiyyət bacarıqlarını inkişaf etdirən və təhsil seqmentinə aid innovativ mobil tətbiqlərdən biridir.

Tətbiq necə çalışır?

Tələbə tərəf tətbiqdən qeydiyyatdan keçməklə, müvafiq test sifariş verilir və testə keçid alınır. Test müddəti ərzində sualları cavablandıran tələbənin səsi mobil əlavə vasitəsilə qeydə alınır və müəllimin mobil telefonuna göndərilir. İkinci tərəf kimi çıxış edən imtahan eksperti, tələbinin uyğun suallara verdiyi cavabları dinləyir və qiymətləndirir. Sınaq cavabları yoxlanıldıqdan sonra qeydə alınmış nəticələr tətbiq vasitəsilə birbaşa iştirakçının mobil cihazına göndərilir.

morooq tətbiqindən sosial şəbəkə hesabı ilə yanaşı həmçinin öz qeydiyyat panelindən qeydiyyatdan keçmək mümkündür.

Daxili səhifədə sınaq imtahanını və ödəniş növünü seçdikdən sonra qeydiyyat prosesini başa çatır.İmtahanların alınması həm nağd həm də bank kartları vaitəsilə mümkündür.

Ödəniş təsdiqləndikdən və imtahana daxil olduqdan sonra “speaking” test üçün suallar təqdim olunur. İmtahan sualları 3 hissədən ibarətdir. Uyğun olaraq 1-ci hissə 2 sualdan, ikinci hissə mövzu və ona uyğun suallardan və sonuncu hissə də 2 sualdan təşkil olunur. Hər sualı cavablamaq üçün ayrıca vaxt limiti var. Suallar cavabladıqdan sonra səs yazıları birbaşa eksperlərə göndərilir. Qeyd edək ki, imtahan nəticələri beynəlxalq təcrübəyə sahib imtahan ekspertləri tərəfindən dəyərləndirilir. Bu müəllimlər dünyanın müxtəlif ölkələrindən ola bilərlər. Bu üsulun yaxşı tərəfi ondan ibarətdir ki, müəllimlər hər sualı ayrılıqda dəyərləndirilər və ortalama nəticə tətbiq tərəfindən hesablanır ki, bu zaman imtahan nəticəsi dəqiq olur.

Tətbiqin üstünlükləri

İmtahan zamanı texniki səbəbdən hər hansı problem baş versə yaxud imtahandan məcburi şəkildə çıxmalı olduqda, tətbiq imtahana daxil olmaq üçün yeni şans verir. Bunun üçün yenidən imtahana daxil olub “retake" düyməsinə klik etmək lazımdır. Ana səhifədən imtahanın hazırkı statusunu izləmək və yabaşqa imtahanlar da götürmək mümkündür.Bu üsul praktiki cəhətdən “speaking” bacarıqlarını inkişaf etdirməyə yardım edir.

Əgər imtahanı verib internet problemi üzündən imtahanı göndərmək mümkün olmadıqda onda imtahana "resend" düyməsinə klikləməklə tam pulsuz imtahanı yenidən göndərmək olur.

morooq tətbiqinin ən böyük üstünlüyü müəllimlərlə görüş təyin etmək, vaxt uyğunlaşdərmaq kimi problemlərin olmaması və istənilən yerdə qoşulmağın mümkün olmasıdır.Tətbiqi proqramlar hissəsindən yükləmək mümkündür.

 

Statistika

Mobil tətbiqi 2018-ci ilin may ayına qədər Android üzrə 1500, iOS üzrə 1000 istifadəçi endirmiş, imtahan verənlərin sayı 800-dən çox olmuşdur.

Əlaqə

Rəsmi sayt - https://morooq.com/

Facebook - https://www.facebook.com/morooq/

İnstagram - https://www.instagram.com/morooq_/

Linkedin - https://www.linkedin.com/company/morooq/

Twitter - https://twitter.com/morooq_

Youtube - https://www.youtube.com/channel/UCOyT7QXOZB0KmO2R37UF_vQ

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR