Slimfit
  1. MARAQLI

Mörfi qanunları nədir?

Mörfi qanunları nədir?
Sakura

İşləməyən əşya təmirə gətiriləndə işləməyə başlayır

Mörfi qanunları ingilis mühəndis Edvard Mörfi tərəfindən 1949-ci ildə yaradılmışdır. Belə ki, Mörfi raket texnikası sahəsində sınaq apararkən, cihazlardan birinin cuzi səhv bağlanması nəticəsində bütün sistem çökür, bundan sonra mühəndis öz qanunlarını yazmağa başlayır.

AzNews.az həmin qanunlardan bəzilərini təqdim edir:

- Siqaret tüstüsü həmişə siqaret çəkməyən adama tərəf gedir.

- Dostlar gəlib-gedir, düşmənlərsə yığışıb qalır.

- Həll olunan hər problem yeni problemlər yaradır.

- İşləməyən əşya təmirə gətiriləndə işləməyə başlayır.

- Dəqiqələrlə gözlədiyin avtobus siqaret yandıranda gəlib çıxır.

- Axtardığımız şeyi ən axırıncı baxdığımız yerdən tapırıq.

Müharibə qanunları:

- Heç vaxt unutma ki, sənin silahın ən ucuz materiallardan hazırlanıb və lazımi anda işləməyəcək.

- Əgər avtomatın çalışsa, onda güllən qurtaracaq.

- Güllən də qurtarmasa, görəcəksən ki, vurmağa heç kim yoxdur.

- Əgər hücum doğrudan da yaxşı gedirsə, deməli siz pusqudasınız.

- Qısa yol həmişə minalanmışdır.

- Səngərdə heç vaxt ateistə rast gəlməzsən.

Ümumi qanunlar:

- Telefon qanunu — Telefon nömrəsini səhv yığan zaman, heç vaxt o nömrə məşğul göstərmir.

- Riçard qanunu — Uzun müddət saxladığınız əşyanı atmaq olar. Hər hansı bir əşyanı atan kimi o sizə lazım olacaq.

- Yer qanunu — Haraya getməyinizə baxmayaraq, "Bıy, sən burda nə gəzirsən" deyilir.

- İnsan bədəni qanunu — Qaşınmanın intensivliyi oraya əlin rahat çatması ilə tərs mütənasibdir.

Cavidan Mirzəzadə

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR