Slimfit
  1. MƏDƏNİYYƏT

Montssori kollecində Şuşa abu-havası

Montssori kollecində Şuşa abu-havası
Sakura

Hollandiyanın Xarlem şəhəri Montssori kollecində məşhur şairə Xurşidbanu Natəvanın poemaları əsasında…

Hollandiyanın Xarlem şəhəri Montssori kollecində məşhur şairə Xurşidbanu Natəvanın poemaları əsasında Şuşa abu-havası yaradılıb.

AZƏRTAC xəbər verir ki, Hollandiyada Azərbaycanın Dostları Cəmiyyətinin sədri Marion Fan der Fextin rəhbərliyi ilə səhnələşdirilmiş “Xarı & Bülbül” teatr tamaşası kollecin məzunları tərəfindən hazırlanıb və təqdim olunub. İki gün təqdim olunan tamaşanın səhnə dekorasiyası milli ornamentlərimiz, xalçalarımız və kəlağayılarımızdan ibarət olub.

Xarı və Bülbül bacıları rolunu oynayan məzunlar Şuşa mühiti yaradaraq, böyük çinar ağacı altında Q. Qarayevin musiqilərinin fonunda Natəvanın poemalarını oxuyub, ölkəmizin tarixi və mədəniyyəti haqqında məlumat veriblər.

Tamaşada Xarı yeni gözəl güllər yaratmaqla məşğul olur. Bülbül isə musiqili səsi ilə məşhurdur. Bülbül oxuyanda ətrafdakıların sanki nəfəsi donur. Qızlar xalaları şairə Natəvanın söhbətlərini xatırlayırlar. Doğma şəhəri Şuşada təşkil etdiyi məclislərdən söz açıblar.

Tamaşa zamanı dinləyicilər maraqlı tarixi əhvalatın şahidi olur və muğam, eləcə də məşhur şairə Natəvanın poemalarını dinləyirlər.

Təqdimatın sonunda tamaşaçılara ölkəmiz, Şuşa şəhəri haqqında maraqlı suallar verilib. Qaliblərə hədiyyələr təqdim olunub.

Holland Azərbaycan Dostları Cəmiyyətinin (Dutch Friends of Azerbaijan - DufoA) sədri Marion Fan der Fext belə layihələrin mütəmadi təşkil ediləcəyini bildirib.

Sonda tamaşaçılar milli təamlarımıza qonaq ediliblər.

Şəhla Ağalarova

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR