Dərc edildi: Baxış sayı: 327
"Monako"nun sabiq futbolçusu yeni klubunda 100 avroya çıxış etməyə razı olub
Rumıniyanın "Politexnika" klubu yeni transferi Sedrik Monqonqu ilə qeyri-adi müqavilə imzalayıb.
"Report" Rumıniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı konqolu müdafiəçi Yassi təmsilçisində 100 avro müqabilində çıxış etməyə razı olub.
Anlaşmaya əsasən, Monqonqu yeni komandasında 5 matçda meydana çıxarsa, 6-cı oyundan etibarən onun məvacibi 4 min avro olacaq.
Qeyd edək ki, Sedrik Manqonqu 2007 - 2011 illərdə Fransanın "Monako" komandasında çıxış edib. 2016-2017 mövsümündə "Monpelye"nin formasını geyinən müdafiəçi 1 il ərzində klubsuz qalıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət