“Monako” yeni baş məşqçisini təqdim edib
Fransanın “Monako” klubunun baş məşqçisi Tyerri Anri komandadan istefaya göndərildikdən sonra komanda yeni çalışdırıcının adını açıqlayıb.
AZƏRTAC “L'Equipe” istinadla xəbər verir ki, bu, klubu 2017-2018-ci il mövsümündə çalışdıran portuqaliyalı mütəxəssis Leandru Jardimdir. Klubun vitse-prezidenti Vadim Vasilyev yeni baş məşqçi ilə 1,5 illik müqavilə imzalanacağını bildirib. Həmçinin Tyerri Anrinin gedişindən sonra klubun idman direktoru Maykl Emanolanın da vəzifəsindən azad olunacağı gözlənilir.
Qeyd edək ki, Leandru Jardimin klub ilə ən yaxşı nailiyyəti Fransa çempionu adı qazanmaq və UEFA Çempionlar Liqasının yarımfinalına yüksəlmək olub.
“Monako” cari mövsümdə ölkə çempionatının turnir cədvəlində 19 yerdə qərarlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət