Dərc edildi: Baxış sayı: 374
“Monako” qovduğu baş məşqçiyə təzminat ödəyəcək
Fransanın “Monako” klubu baş məşqçi postundan kənarlaşdırdığı Leonardo Jardimə təzminat ödəyəcək.
“Report”un “A Bola”ya istinadən məlumatına görə, knyazlıq təmsilçisi müqaviləni birtərəfli pozduğu üçün 44 yaşlı portuqaliyalı mütəxəssisə 7 milyon avro verəcək.
Qeyd edək ki, Jardim 2014-cü ildən “Monako”ya rəhbərlik edirdi. 2016/2017 mövsümündə ölkə çempionu olan komanda bu mövsüm Fransa çempionatında keçirdiyi 9 oyundan 6 xal toplayıb və 18-ci pillədə qərarlaşıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət