Slimfit
  1. ƏDƏBİYYAT

Molla Pənah Vaqif - Sən qönçə kimi hər bir edən dəmdə yaşınmaq

Molla Pənah Vaqif - Sən qönçə kimi hər bir edən dəmdə yaşınmaq
Sakura

Molla Pənah Vaqif - Sən qönçə kimi hər bir edən dəmdə yaşınmaq

Sən qönço kimi hər bir edən demdə yaşınmaq,
Artar bize yüz mertebo odlanna yanmaq.
Mən aşiqəm, ey gül səne, olmaz bunu danmaq, 
ölən günedek eyleməzəm səndən usanmaq,
Daxi nə yaşınmaq, nə bürünmek, nə utanmaq?
Besdir bu dayanmaq!

Allaha şükür, lale yanağında eyib yox,
Dişində, dəhanində, dodağmda eyib yox...
Bir zorreco zülfündə, buxağında eyib yox,
Qaşında, gözündə, qabağında eyib yox,
Daxi ne yaşınmaq, ne bürünmək, ne utanmaq?
Bəsdir bu dayanmaq!

Men ha sənin ol məh üzünü görmüşəm yüz yol, 
Ox kirpiyini, şux gözünü görmüşəm yüz yol, 
Həm yoldaşını, həm özünü görmüşem yüz yol, 
Şəkker kimi şirin sözünü görmüşəm yüz yol, 
Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!

Mən xud deyilən bədnəzər, ey gözləri şehla, 
Məndən üzünü yaşınsan sən elə bica.
Qoysan, eləyim üzünə doyunca tamaşa, 
Öldürdün axır, məndə ki* can qalmadı əsla, 
Dəxi ne yaşınmaq, nə burünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!

Qeyridən əgər ki, edəsən sən bu hicabı,
Billəm ki, sözündür vəli məqbulu hesabı,
Yoxsa, məni görcək, üzünə çəkmə niqabı,
Gel, tanrı üçün, Vaqifə çox vermə ezabı,
Daxi nə yaşınmaq, nə bürünmək, nə utanmaq?
Bəsdir bu dayanmaq!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR