Slimfit
  1. ƏDƏBİYYAT

Molla Pənah Vaqif - Kim ki, sevdayi-səri-zülfu-pərişanə düşər

Molla Pənah Vaqif - Kim ki, sevdayi-səri-zülfu-pərişanə düşər
Sakura

Molla Pənah Vaqif - Kim ki, sevdayi-səri-zülfu-pərişanə düşər

Kim ki, sevdayi-səri-zülfu-pərişanə düşər,
Gah zindanə, gehi çahi-zenəxdanə düşər.
Afəti-dəhr dəyer ol kəsə kim, kamildir,
Mah hər gün ki, kəmalə yetə, nöqsane düşər.
Mərd igidler özünə məhbəsi meydan bilir,
Sanma kim, nakəsü namərd bu meydanə düşer.
Eybdən saf çıxar, pakü mübərra görünür,
Hər tila kim, küreyi-atəşi-suzanə düşər.
Piçü tabə düşənin işi, bəli, üzde olur,
Zülf bu vechlə rüxsareyi-tabanə düşər.
Hər yaman yer ki, olur — yaxşılann mənzilidir,
Ləl daş içrə, xəzinə dəxi viranə düşer.
Şəmi-qəm şadlıq əyyamma xoş ziyvərdir,
Necə kim, xali-siyəh arizi-cananə düşər.
Ey Vidadi, qəmi-zindane giriftar olmaq,
Bir sənə, bir məne, bir Yusifı-Kənane düşər.
Eşqə düşmək səne düşmez, qocalıbsan belə dur, 
Belə işlər yenə Vaqif kimi oğlanə düşər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR