Dərc edildi: Baxış sayı: 396
Molla Pənah Vaqif - Evində
Duruban eşqilə güzar eyledim,
Bir perinin oldum mehman evində.
Zərrəce görmədim hörmət, izzətin,
Qaldım elə, peşman-peşman evində.
Ta ki, meni gördü ol qəlbi qara,
Çəkdi yaşmağını o gül rüxsara,
Dönderdi üzünü, tutdu divara,
Sanasan ki, yoxdur insan evinde.
Dodağı şekerdir, göftan şerbət,
Ne fayda, eyləmez şirin məhebbət.
Məxlesi ki, yoxdur onda bir ləzzet,
Boldur elə acı qəlyan evinde.
Keçmə o dilberin sen otağmdan,
Tər bönövşe qoxar hər bucağından.
Sanki bir guşədir cənnət bağmdan,
Açılıbdır güli-əlvan evində.
Vaqif, bir kimsə ki, bizdən yaşına,
Yeqin bil ki, bizlən olmaz aşina.
Gəldiyimiz heç gelmedi xoşuna,
Tapdım mən halım ürfan evinde.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət