Slimfit
  1. ƏDƏBİYYAT

Molla Pənah Vaqif - Durnalar

Molla Pənah Vaqif - Durnalar
Sakura

Molla Pənah Vaqif - Durnalar

Bir zaman havada qanad saxlayın,
Sözüm vardır mənim sizə, durnalar!
Qatarlaşıb nə diyardan gəlirsiz?
Bir xəbər veriniz bizə, durnalar!

Sizə müştaq durur Bağdad elləri,
Gözləyə-gözləyə qalıb yolları,
Asta qanad çalın, qəfıl telləri
Heyifdir, salarsız düzə, durnalar!

Xeyli vaxtdır yarın fərağındayam,.
Pərvanə tək hüsnün Çirağındayam,
Bir ala gözlünün sorağındayam,
Görünürmü, görün, gözə, durnalar!

Mən sevmişəm ala gözün sünnesin, 
Bednezər kesiben, ziyan verməsin,
Saqm gezin, laçm gözü görməsin, 
Qorxuram səfnizi poza, durnalar!

Nazənin-nazənin edərsiz avaz,
Ruhlar tazələnir, olur sərəfraz,,
Vaqifin də könlü çox edər pərvaz 
Hərdən sizin ilə gəzə, dumalar!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR