Dərc edildi: Baxış sayı: 1377
Molla Pənah Vaqif - Aşiqəm
Bir əndamı nəsrin, dodağı qönçə,
Bir qaməti gülbün yara aşiqəm.
Olsa yüz üzü gül, girməz eynimə,
Mən ancaq bir gülüzara aşiqem.
Gecəler sübhədək eylerəm nale,
Hərgiz düşmez könlüm özgə xəyalə.
Bir gərdəni mina, ağzı piyale,
Bir ləhcəsi şirinkara aşiqem.
Bir buxağı turunc, sinesi meydan,
Bir sözü cəvahir, mirvari dəndan,
Bir maral baxışlı, kirpiyi peykan,
Bir qaşlan zülfuqara aşiqəm.
Bir gülendə ləblərindən bal axan,
Bir bəzənib serxoş tovus tək çıxan,
Bir niqab altmdan pünhani baxan,
Bir ecayib xoşgöftara aşiqəm.
Vaqifem, bedənden canım dağılır,
Mecnun kimi xanimamm dağllır,
GÖrmeyəndə din-imamm dağılır,
Gecə-gündüz men didara aşiqem.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət