Dərc edildi: Baxış sayı: 591
Molla Nəsrəddin - Adama cumur
Bir gün Teymur Ləng Mollanı şikara dəvət edir.Qasid xəbər gətirir ki, Molla bu saat gələcək. Gözləhagözlə, bir də baxırlar ki, Molla əlinin üstündə bir qarğa, budur gəlir. Teymur Ləng Mollanı belə görəndə özünü saxlaya bilməyib gülür ki: – Ay Molla, bu qarğa nədir? Yoxsa qarğa ilə şikara getmək istəyirsən? Molla: – Nə olar ki?.. Teymur: – Axır qarğa şikar eliyə bilməz. Molla: – Edər. Lap yaxşısından edər. Mən elə qarğalar tanıyıram ki, qızılquşdan yaxşı şikar eləyir, özü də quşa nədi ki, lap adama cumurlar. Sonra saray adamlarını göstərib deyir: – Bir dön ətrafına bax!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət