Slimfit
  1. ƏDƏBİYYAT

Molla Məhəmməd Zövi - Cəzbə nədəndi hüsni-dilaradə bilmədim

Molla Məhəmməd Zövi - Cəzbə nədəndi hüsni-dilaradə bilmədim
Sakura

Molla Məhəmməd Zövi - Cəzbə nədəndi hüsni-dilaradə bilmədim

Cəzbə nədəndi hüsni-dilaradə bümədim,
Nəşə nədəndi badeyi-həmradə bilmədim.

Xaliq deyil ki, bir şeyə möhtac xəlqdən,
Nə rəmz var bu xilqəti-əşyadə bilmədim.

Bimərifət qənidi, fəqir əhli-mərifət
Fəqrü ğina nədəndi bu dimyadə bilmədim.

Xab içrə hər nə görsə, yəqindir oyanmamış,
Nə sirr var bu aləmi-röyadə bilmədim.

Nə gəldiyim məqamımı, nə getdiyim yerim,
Gəlmək bu getməyə nə var ortadə bilmədim.

Ağzında söz deyib danışan şəxsi qanmadım,
Kimdir baxan bu dideyi-bünyadə, bilmədim.

Can özgə, cism özgədi ya müttəhiddilər,
Can hansı cüzvdür tənü əzadə bilmədim.

Göz görməyən cəvahiri mən necə dərk edim,
Zahirdə çün nə var bu məvada bilmədim.

Öz kəsbidirmi, Zövi, cahan içrə nikü bəd,
Ya həq veribdi aləmi-mənada bilmədim.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR