Slimfit
  1. ƏDƏBİYYAT

Molla Məhəmməd Səfili - İlahi

Molla Məhəmməd Səfili - İlahi
Sakura

Molla Məhəmməd Səfili - İlahi

Səhərdən oğradım məzəristana,
Dünyadan əlini çekmiş yatarlar,
Nə bağa baxarlar, nə də bostana,
Əcəl vədəsini içmiş yatarlar.

Məhv olub içmişlər zəhərdən bada,
Bir kimsə gülmədi fani dünyada,
Gözləri arşdadur, yüzlər kıblada,
Hər keş əkduğuni biçmiş yatarlar.

Nə oldi bizdən kalan ərənlər,
Topraxda yatiyer neçə bin canlar,
Dünya bənim diyan sahib kuranlar,
O taxti tacından keçmiş yatarlar.

Cümlə möminlərə hakkın rəhməti,
İki cahan sərvərinin hörməti,
Dilərlər sağlardan xeyir-xeyrəti,
Koluni duaya açmiş yatarlar.

Çalışıb-çalışıb boş kalmiyanlar,
Mərhum kalmaz Allah diyanlar,
Neçə beqzədə təzə cavanlar,
Dünya muradından keçmiş yatarlar.

Məvlənin əmridür düşdux bizlər,
Tarixdən yadigar kalsın bu sözlər.
Al duvaxli gəlinlər, köççək kızlar,
Zülfüni toprağa tökmiş yatarlar.

Neçə əvliyalar, neçə nəbilər,
İlimə əməl edən, hakka tabelər,
Kendini bilmiyan cavan səbilər,
Müğri kuşi kimi uçmiş yatarlar.

Bu sözləri dinliyanlara oldi güci,
Getdi dünyanın ləzzəti, kaldı puçi,
O səvgilli ana-baba nec oldi?
Korxuli köprilərdən keçmiş yatarlar.

Səfili zikr edər, şahların şahi,
Gündən-günə artiyer bu mərəq dəxi.
Əvliya-ənbiya mömin ərvahan,
Cənnətdən pəncərə açmiş yatarlar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR