Dərc edildi: Baxış sayı: 655
Molla Əliabbas - Bilmirəm qəsdi nədir, dust mıni yar eləməz
Bilmirəm qəsdi nədir, dust mıni yar eləməz,
O qədər cövr eləyir, kim onu əğyar eləməz.
Görübən hiss eləyir şəm kimi yanmağımı,
Sanki daşmış ürəyi, zərrə ona kar eləməz.
Başqa bir nakəs ilə hər gecə qarşımdan ötür,
Düşmürəm yadinə mən, görsə dəxi ar eləməz.
Bilirəm, ömür keçir, surəti-halim dəyişir,
Hansı məxluqdur axirdə fələk xar eləməz?
Kim desə, “mən sevirəm” zərrə inanmam sözünə,
Hansı dilbərdi bizi dərdə girifdar eləməz?
Öldürər zülmilə ol, söz deməyə verməz aman,
Belə birəhmliyi Şümri-xətakar eləməz.
Əmmədim ləblərini, axiri Ətşan oldum,
Tulladı bəhri-qəmə, indi də qəmxar eləməz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət