Dərc edildi: Baxış sayı: 575
Molla Cümə - Mən
Aşıqlıq Adəmdən icad olubdur,
Ol adəm atanın nəvəsiyəm mən.
Nə qədər dünyaya aşıq gəlibdir,
Küllü aşıqların anasıyam mən.
Aşıq anasıyam, şairlər kökü,
Gəzərəm dünyada divanə təki.
Mahalım Göynükdür, şəhərim Şəki,
Layiski kəndinin binasıyam mən.
Binəm Layiskiyə düşübdür mehman,
Pədərim Salehdır, madərim Reyhan.
Vələdim Həsəndir, Əxim Süleyman,
Familim Mollaoruc ədnasıyam mən.
Mənada mollayam, Molla Cumayam,
İsmi Pünhan oduna şeyx pərvanəyəm.
Gəlmişəm cahana, bir gün fənayəm,
Axırda Kərəm tək yanasıyam mən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət