Dərc edildi: Baxış sayı: 502
Molla Cümə - İndi
İsmi Pünhan, həsrətindən ağlaram,
Fələk də yaşıma qan qatar indi.
Dərdimi cəm edib dəftər bağlaram,
Onun hesabına kim çatar indi...
Cümənin sirləri xalqa yayılmış,
Özü yuxusundan indi ayılmış.
Əzəlki eşqimiz heç eşq deyilmiş,
Təzədən ciyərim od tutar indi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət