Moldovanın yeni Baş naziri seçilib
Bu gün Moldova parlamenti ölkənin yeni Baş nazirini seçib. SİA xəbər verir ki, səsvermə nəticəsində İona Kiku Moldovanın yeni Baş naziri olub. Onun namizədliyini Moldova Prezidenti İqor Dodon irəli sürüb.
Xatırladaq ki, Moldova parlamenti Avropayönümlü “Acum” (“İndi”) bloku tərəfindən formalaşdırılan Maya Sandu hökumətinə etimadsızlıq votumu ifadə edib. Bu barədə qərar qanunverici orqanın noyabrın 12-də keçirilən iclasında qəbul olunub. Etimadsızlıq votumu səsvermədə iştirak edən 63 deputatın (101 deputatdan) dəstəyini qazanıb.
Moldova Sosialistlər Partiyasının təşəbbüsü ilə səsə qoyulan qərarı müxalif Demokratik Partiyanın deputatları dəstəkləyib. Parlamentin “Şor” partiyası fraksiyası və “Acum” blokunun hər iki fraksiyası səsvermədə iştirakdan imtina edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət